FIBA-nın “güc sıralamasında” Türkiyə 4-cü yerdə

Bölmə: İdman › ,
Tarix: 22:22 05.08.2025

FIBA-nın 2025 Avropa Kişi Basketbol Çempionatı (EuroBasket 2025) üzrə "güc sıralamasında" Türkiyə 4-cü pillədə qərarlaşıb. Siyahının birinci pilləsində Serbiya yer alıb, ilk 5-dəki digər komandalar isə müvafiq olaraq Almaniya, Fransa, Türkiyə və Latviya olub.

 

FIBA-nın sosial media hesabında, Finlandiya, Polşa, Cənubi Kipr və Latviyanın ev sahibliyində 27 avqust–14 sentyabr tarixlərində keçiriləcək 2025 Avropa Çempionatında iştirak edəcək komandaların “güc sıralaması” paylaşılıb. Əvvəllər 9-cu yerdə olan A Milli Komanda siyahıda 5 pillə irəliləyərək 4-cü yerə yüksəlib. Serbiyanın birinci olduğu siyahının ilk 5-lik sırasında digər komandalar belədir: Almaniya, Fransa, Türkiyə və Latviya.

 

Mənbə:TRT Haber 

Nigar Həsənzadə