Tramp Putinlə görüşə hazır olduğunu bildirib

Tarix: 23:27 06.08.2025
ABŞ Prezidenti Donald Tramp gələn həftə Rusiya lideri Vladimir Putinlə şəxsən görüşmək niyyətindədir .
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə "New York Times" (NYT) etibarlı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Amerika lideri tezliklə Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır .
"Tramp öz planlarını Avropa liderləri ilə telefon danışığı zamanı açıqlayıb. Görüşlər avropalı həmkarlarının iştirakı olmadan keçiriləcək", - nəşr yazır.