Bolqarıstan vətəndaşının Qəzza zolağında öldürülməsi araşdırılır

Tarix: 23:28 07.08.2025
Birləşmiş Millətlər Təşkilatı (BMT) missiyasının əməkdaşlarından olan Bolqarıstan vətəndaşının ölümü araşdırılır.
"İnformator.az" "Times of İsrael"ə istinadən xəbər verir ki, bu barədə araşdırma Bolqarıstan Prokurorluğu başladıb.
Qeyd olunub ki, BMT əməkdaşı Marin Marinovun Qəzza zolağında İsrail tanklarının açdığı atəş nəticəsində ölməsi ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, M. Marinov cari ilin martın 19-da Deyr əl-Bələh şəhərinin mərkəzində yerləşən BMT binasının vurulması nəticəsində həlak olub. İsrail tərəfi əvvəlcə yayılan xəbərləri təkzib etsə də, sonradan Bolqarıstandan rəsmi şəkildə üzr istəmişdi.