Rusiya və Ukrayna arasında bu məsələni asanlaşdırmaq istəyirik

Tarix: 22:37 07.08.2025
Birləşmiş Ərəb Əmirlikləri Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsini asanlaşdırmaq üçün əlavə səylər göstərməyə hazırdır.
"İnformator.az" xəbər verir ki, bunu BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan Moskvada Rusiya lideri Vladimir Putinlə görüşdə deyib.
Putin də öz növbəsində Rusiya və Ukrayna arasında məhbus mübadiləsinin uğurla həyata keçirilməsinə töhfə verən BƏƏ-nin davamlı səylərinə görə minnətdarlığını bildirib.