Arif Məmmədovun nəşi Bakıya gətirilir, Gəncədə dəfn olunacaq

Tarix: 23:55 06.08.2025
Əslən Gəncə şəhərindən olan Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda vəfat edib.
"İnformator.az" "Teleqraf"a istiandən xəbər verir ki, o Gürcüstana istirahətə gedib və qaldığı oteldə səhhəti qəfil pisləşərək komaya düşüb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, A.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Onun nəşinin ölkəmizə gətirilməsi üçün hazırlıq görülür.