Tramp, Putin -razılığa gəlin və Zelenskini dəvət edin...

Bölmə: Siyasət › ,
Tarix: 17:35 08.08.2025

Belarus Minskdə Vladimir Putin və Donald Tramp arasında danışıqlar təşkil etməyə hazırdır.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko “Taym” nəşrinə müsahibəsində bildirib:

 

"Minskdə əvvəllər Ukrayna böhranın həlli üzrə ilk danışıqlar aparılıb və o, hələ o zaman ABŞ-nin prosesə qoşulmasının zəruriliyini qeyd edib. Lakin nə Donald Tramp öz ilk prezidentliyi dövründə, nə də Co Bayden danışıqlara qoşulmadı. ABŞ tərəfinin indiki ultimativ yanaşmasını isə yersiz hesab edirəm. Rusiya Prezidenti, məsələn, hava atəşkəsinə razılıq verə bilər, lakin bu addımı Ukrayna da atmalıdır. Üçlükdə haradasa toplaşın. Tramp, Putin - razılığa gəlin və Zelenskini dəvət edin. Birinci gün Rusiya-ABŞ münasibətləri, ikinci gün isə bu problem barədə danışın".