Rusiyada bu hava limanı bağlanıb

Tarix: 17:33 10.08.2025
Komi Respublikasının Uxta hava limanında təyyarələrin enişi və uçuşu ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb:
“Uxta hava limanı. Təyyarələrin enişi və uçuşu ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün vacibdir”