Roma Papası Bakı və İrəvanı təbrik edib

Tarix: 15:15 10.08.2025
Roma Papası XIV Leo Ermənistan və Azərbaycanın sülh bəyannaməsi imzalamasını alqışlayıb.
"İnformator.az" xəbər verir ki, Papa bu barədə ənənəvi bazar günü xütbəsi zamanı danışıb:
"Ermənistan və Azərbaycanı sülhə dair birgə bəyannamə imzaladıqları üçün təbrik edirəm. Ümid edirəm ki, bu, Qafqazda davamlı sülhün bərqərar olmasına xidmət edəcək".