Rusiya bir neçə günə bu adada nüvə sınağına başlayır

Bölmə: Siyasət › ,
Tarix: 17:52 08.08.2025

Yaxın günlərdə Rusiya “Burevestnik” qitələrarası raketini Novaya Zemlya adasında sınaqdan keçirə bilər.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “Barents Observer” nəşri məlumat yayıb.

 

Məlumata görə, sınağın hazırlıqlarına artıq bir neçə həftədir başlanılıb. Xüsusilə, hərbçilər gizli yüklü gəmilərin və “Rosatom”a məxsus təyyarələrin gəlməsi üçün arxipelaqın qərb sahili boyunca 500 km-lik zonada hava məkanını bağlayıb.

 

Qeyd edək ki, bu arxipelaq 1950-ci illərin sonundan bəri nüvə silahlarının sınaqları üçün ərazi kimi istifadə olunur.