Azərbaycanla Ermənistan arasında sülhün bizdən böyük tərəfdarı yoxdur-Gürcü spiker

Tarix: 23:31 08.08.2025
Biz onilliklərdir ki, Azərbaycan və Ermənistan arasında sülhün ən böyük tərəfdarı olmuşuq. Buna görə də Ermənistanla Azərbaycan arasında sülhün bizdən böyük tərəfdarı yoxdur”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Gücüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, iki ölkə arasında sülhün davamlı olması vacibdir.
“Gürcüstan Azərbaycanla Ermənistanın sülh sazişi imzalamasını yalnız alqışlayır. Azərbaycanlı və erməni həmkarlarımızla hər görüşdə biz sülh danışıqlarının hansı mərhələdə olması barədə maraqlanırdıq. Biz hər iki tərəfə etimadın bərpası, dayanıqlı sülhün qurulması üçün formatlar təklif etmişik”, - Ş.Papuaşvili söyləyib.
Spiker təəssüflə qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün ATƏT, Fransa, Avropa İttifaqının iştirak etdiyi əvvəlki formatlar nəticələr verməyib:
“Biz nəticələr gətirən istənilən formatı alqışlayırıq, çünki Qafqazda sülh Cənubi Qafqazın hər bir ölkəsinin əhalisinin rifahının artması deməkdir”.