Azərbaycanla ABŞ arasında sənəd imzalanıb

Tarix: 23:52 08.08.2025
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandum imzalanıb.
"İnformator.az" xəbər verir ki, sənədi Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp imzalayıb.
Avqustun 8-də Ağ Evdə iki ölkə liderlərinin görüşü olub. Görüşün sonunda sənəd imzalanıb.