Qəbələdə yanğın törədən şəxs saxlanılıb

Tarix: 11:35 09.08.2025
Qəbələ rayonunun Zarağan kəndi ərazisində yanğın hadisəsi törədən şəxs saxlanılıb.
Bu barədə "İnformator.az" Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupuna istinadən məlumat verir.
Bildirilib ki, araşdırmalarla yanğının rayon sakini, 1969-cu il təvəllüdlü Kazım Soltanov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 6 sot ərazidə məişət tullantıları və kol-kos yanıb.
K.Soltanovun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdiriləcək.