Rusiyada istehsalat sahəsində baş vermiş partlayış nəticəsində 27 nəfər xəstəxanaya yerləşdirilib

Bölmə: Dünya › ,
Tarix: 13:24 09.08.2025

Rusiyanın Başqırdıstan Respublikasında “Başkirskaya sodovaya kampaniya” ASC-nin “Kaustik” istehsalat sahəsində partlayış baş verib.

 

“İnformator.az" “İnterfaks”a istinadən xəbər verir ki, Sterlitamak şəhərində kərpicdən tikilmiş binada qaz-hava qarışığı sonradan yanma olmadan partlayıb.

 

Rusiya Səhiyyə Nazirliyindən bildirilib ki, baş vermiş insident nəticəsində 27 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 21-i reanimasiya və intensiv terapiya bölmələrindədir.