Ukrayna Moskvaya PUA-larla hücum edib

Tarix: 14:29 09.08.2025
Rusiya Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemi Moskva istiqamətində uçan pilotsuz təyyarəni vurub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
“Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan bir pilotsuz təyyarəni vurub. Fövqəladə hallar xidmətinin mütəxəssisləri dağıntıların olduğu yerdə işləyir”, - mer qeyd edib.
Rusiya Müdafiə Nazirliyi də Moskva istiqamətində uçan iki PUA-nın vurulması barədə məlumat yayıb.
Ukrayna KİV Rusiyanın paytaxtına PUA hücumu zamanı partlayışlar barədə yazıb.