Avropada elektrikli avtomobil satışları rekord qırıb

Bölmə: Dünya › ,
Tarix: 14:30 09.08.2025

Avropada ilin ilk yarısında elektrikli avtomobillərin satışı 1 milyon 193 min 397 ədədə çatıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25% artım deməkdir.

 

Eyni zamanda, elektrikli avtomobillərin bazar payı 17,4%-ə yüksəlib ki, bu da ötən ilə nisbətən 3,6 faiz artım deməkdir.

 

Bazar payının artımı üzrə Danimarka 19 faizlə birinci yeri tutub. Siyahıda Norveç (9,2 faiz), Belçika (8 faiz), Finlandiya (7,2 faiz) və Avstriya (5,6 faiz) növbəti yerlərdə qərarlaşıb. Ən aşağı göstəricilər isə Xorvatiya, Slovakiya, Rumıniya, Polşa və İtaliyada qeydə alınıb.


İlin ilk 6 ayında Avropada ən çox elektrikli avtomobil satan marka Volkswagen olub. Onun satışları 78% artaraq 135 min 427 ədədə çatıb.