NATO Azərbaycan və Ermənistanın sülh istiqamətində əldə etdiyi irəliləyişi alqışlayır

Bölmə: Dünya › ,
Tarix: 15:09 09.08.2025

Ermənistan və Azərbaycan arasında sülhə doğru irəliləyişi alqışlayırıq. Sülh təşəbbüslərinə görə prezident Trampa minnətdarıq.



"İnformator.az"  xəbər verir ki, bu barədə NATO mətbuat katibi Allison Hart "X" şəbəkəsindəki hesabında məlumat yayıb.


Bu, normallaşma prosesi və daha geniş mənada regional təhlükəsizlik üçün gələcəyə doğru atılmış mühüm addımdır. NATO tərəfdaşları kimi Azərbaycan və Ermənistan ilə əməkdaşlığa davam edəcək", - məlumatda qeyd edilib.