ABŞ-dən “bitdi” mesajı: Cənubi Qafqaz dəyişəcək

Bölmə: Dünya › ,
Tarix: 15:10 09.08.2025

“Azərbaycan, Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşma Qərbin Rusiya sanksiyalardan yayınma cəhdlərinin qarşısını almağa kömək edəcək”.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu amerikalı sanksiyalar üzrə ekspert Brett Erikson avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilən görüşün nəticələrini “Reuters”ə şərh edərkən deyib.


“Qafqaz sanksiyalar siyasətində kor nöqtə olub. Formal sülh Qərb üçün Ermənistan və Azərbaycanı cəlb etmək üçün platforma yaradır. Həmçinin Rusiyanın (Ermənistan üzərindən) yayınma xətlərini bağlamaq baxımından”.

 

Siyasi mütəxəssis Tina Dolbaya imzalanmanın böyük simvolik addım olduğunu, amma bir çox sualın qaldığını, o cümlədən yeni tranzit dəhlizinə hansı ABŞ şirkətlərinin nəzarət edə biləcəyini, Ermənistan və Azərbaycanın onun tikintisində nə dərəcədə iştirak edəcəyini söyləyib.

 

Dolbaya Rusiyanın razılaşmadan və ABŞ-nin dəhlizdəki (“Tramp yolu”) rolundan kənarda qalmasından qıcıqlanacağını deyib: “İndi ermənilər və azərbaycanlılarla əl sıxması faktı və ABŞ-nin bu dəhlizdə iştirakından danışırlar. Bunlar Rusiya üçün önəmli məsələlərdir”.

 

“Reuters”in fikrincə, Cənubi Qafqazdakı rəqiblər arasında razılaşma Tramp administrasiyası üçün mühüm nailiyyətdir və bu, regionu “öz təsir dairəsi”ndə görən Moskvanı çaşdıracaq:

 

“Çünki müqavilə ilə ABŞ-yə Cənubi Qafqazdan keçən strateji tranzit dəhlizində eksklüziv hüquqlar verilir ki, bu da Ağ Evin enerji və digər resursların ixracını bir qədər də asanlaşdıracaq”.

Həmçinin məqalədə qeyd edilib:

 

“Sülh razılaşması Rusiya, Avropa, Türkiyə və İranla qonşu olan, neft-qaz kəmərləri ilə kəsişən, amma qapalı sərhədlər və uzun müddətdir davam edən etnik münaqişələrlə parçalanan enerjili Cənubi Qafqazı dəyişdirə bilər”.

 

ABŞ administrasiyasının yüksək rütbəli rəsmiləri söyləyiblər ki, saziş Soyuq müharibə bitdikdən sonra Rusiyanın periferiyasında dondurulmuş bir neçə münaqişənin birincisinə son qoyub və bütün regiona güclü siqnal göndərib.


Rəsmilər agentliyə bildiriblər ki, razılaşma regiona təkrarlanan səfərlər sayəsində əldə olunub və bu, Azərbaycanla Ermənistan arasında tam normallaşma istiqamətində işləmək üçün əsas olacaq.