Hakan Fidandan Azərbaycan açıqlaması: Əvvəldən xəbərimiz vardı

Bölmə: Dünya › ,
Tarix: 15:51 09.08.2025

 

Türkiyə xarici işlər naziri Hakan Fidan Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması barədə açıqlama verib.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, o, bu barədə Əl-Aləmeyndə Misir xarici işlər naziri Bədr Əbdüləti ilə birgə mətbuat konfransında danışıb.

 

“Bizə əvvəlcədən məlumat verilmişdi, əldə edilən sülh vacibdir. Azərbaycan öz mübarizəsi ilə torpaqlarını azad etdi. İşğalın sona çatması sülhü zərurətə çevirdi. ABŞ-nin səyləri ilə Qafqazda əldə olunan razılaşma mühüm hadisədir”, - Hakan Fidan bildirib.


Avqustun 8-də ABŞ-də baş tutan görüşdə sülh sazişinin paraflandığını söyləyən nazir əlavə edib ki, Türkiyə yekun müqavilənin imzalanmasını gözləyir.