Livanda silah anbarında partlayış olub

Tarix: 18:08 09.08.2025
Livanın cənubunda Tir şəhəri ətrafında silah anbarında sursat partlayışı nəticəsində ən azı altı yerli hərbçi ölüb.
"İnformator.az" xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış “Hizbullah”a məxsus silah anbarının sökülməsi zamanı baş verib. Bildirilib ki, hadisə yerinə təcili yardım maşınları gəlib.