İsrail Hizbullah komandirini məhv edib

Tarix: 22:34 09.08.2025
İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA Livanın cənubunda Aytarun-Aynata magistral yolu ilə hərəkət edən avtomobili atəşə tutub.
"İnformator.az"xəbər verir ki, bu barədə “Sky Nyus Arabia” məlumat yayıb.
Hücum nəticəsində Hizbullah hərəkatının silahlı qanadının komandiri həlak olub. Komandir Hadi Əli Xanafir "Radvan" xüsusi təyinatlılarına mənsub olub.