Bu şəhər dünyanın ən təhlükəli şəhərlərindən biridir-Tramp

Bölmə: Siyasət › ,
Tarix: 22:54 09.08.2025

Küçə cinayətləri Vaşinqtonu dünyanın ən təhlükəli şəhərlərindən birinə çevirib.

 

"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb. Tramp vəziyyəti düzəldəcəyinə söz verib:

 

"Bazar ertəsi Ağ Evdə Vaşinqtonda zorakı cinayətə son qoyacaq mətbuat konfransı olacaq. Bu şəhər dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrilib. Lakin tezliklə ən təhlükəsiz şəhərlərdən biri olacaq".