Rəhman Əliyev və Paşinyana məktub ünvanlayıb

Bölmə: Siyasət › ,
Tarix: 22:57 09.08.2025

Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanması iki ölkə arasında davamlı sülhün təmin olunmasına yol açacaq tarixi addımdır.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Tacikistan Prezidenti İmaməli Rəhman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana göndərdiyi təbrik məktubunda bildirib. İ.Rəhman qeyd edib ki, imzalanan sənəd bu razılaşmalar mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün mühüm şərtdir:

 

“Həmçinin bunun Qafqaz regionunda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə, regionlararası əlaqələrin genişlənməsinə töhfə verəcəyinə inanıram”.