Qəbələdə yanğın törədən şəxslər saxlanılıb

Bölmə: Hadisə › ,
Tarix: 23:15 09.08.2025

Qəbələ rayonunun Zarağan kəndi ərazisində yanğın hadisəsi törədən şəxs saxlanılıb.

 

"İnformator.az"a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, araşdırmalarla yanğının rayon sakini, 1969-cu il təvəllüdlü Kazım Soltanov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 6 sot ərazidə məişət tullantıları və kol-kos yanıb. K.Soltanovun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdiriləcək. Qəbələ şəhəri ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla yanğının 2 yeniyetmə tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub. Hadisə nəticəsində quru ot sahəsi və kol-kos yanıb. Əməli törədən şəxslər valideynləri ilə birlikdə ərazi üzrə polis orqanına dəvət olunub və profilaktik söhbətlər aparılıb.