Uzun yolu davam etdirmək psixoloji qərəzlə bağlıdır

Tarix: 21:48 10.08.2025
İnsanların çoxu qarşılarına daha qısa və əlverişli bir yol çıxsa belə, artıq başladığı uzun marşrutu davam etdirməyə üstünlük verir.
Klinik psixoloq Xədicə Cəbrayılova “İnformator.az” saytına açıqlamasında bu fenomenin psixoloji səbəblərini izah edib.
Onun sözlərinə görə, bu davranışın əsas səbəblərindən biri sərf olunan zəhməti boşa çıxarmamaq istəyidir:
“İnsan geriyə döndükdə, artıq getdiyi məsafə və çəkdiyi əziyyət boşa getmiş kimi hiss olunur. Bu hiss xoşagəlməz olduğundan beyində ‘davam et, heç olmasa bu zəhmətə dəymiş olsun’ siqnalı yaranır”.
Digər mühüm amil isə psixoloji davamlılıq arzusudur.Beyin bunu özünə qarşı mənfi qiymətləndirmə kimi qəbul edir. Buna görə insanlar inadla yola davam edir. Bu davranış “batmış xərc yanılgısı” ilə də bağlıdır. Keçmişdə sərf olunan vaxt, enerji, pul və ya emosional sərmayə insanı məntiqi olaraq daha sərfəli seçimdən çəkindirir.Rasionallıq deyir ki, artıq yatırılan resurslar geri qaytarıla bilməz, ona görə bundan sonra ən yaxşı nəticə gətirəcək seçimi etmək lazımdır. Amma emosiyalar buna mane olur”.
Nəticə etibarilə, klinik psixoloqun fikrincə, insanların daha qısa yol varkən uzun yolda qalması həm qürur, həm də keçmişdə çəkilən zəhməti “boşa çıxarmamaq” istəyindən qaynaqlanır və bu, rasional deyil, emosional və qərəzli bir davranışdır.
Ayan Əsgərova