Azərbaycan millisinin Avropa Superfinalındakı rəqibləri müəyyənləşib

Bölmə: İdman › ,
Tarix: 18:55 11.08.2025

Azərbaycanın çimərlik futbolu millisinin Avropa Superfinalının B divizionundakı rəqibləri və yer aldığı qrup müəyyənləşib.


"İnformator.az" xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunda Litva və Belçika yığmaları ilə mübarizə aparacaq.


B qrupunda isə Qazaxıstan, Rumıniya və Malta milliləri yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Finala çıxan komandalar isə A divizionunda iştirak hüququ əldə edəcəklər.


Qeyd edək ki, Avropa Superfinalı sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək.