"Qarabağ"ın oyununa hansı kanalda baxaq?

Bölmə: İdman › ,
Tarix: 16:21 12.08.2025

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Şkendiya"nı (Şimali Makedoniya) qəbul edəcək.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq matç Azərbaycanda "CBC Sport" telekanalında canlı yayımlanacaq.

 

Xatırladaq ki, komandalar arasında Skopyedə keçirilən ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.