"Kocaelispor"a Serie A-dan yarımmüdafiəçi

Tarix: 20:42 12.08.2025
Süper Liqanın yeni komandalarından "Kocaelispor", polşalı yarımmüdafiəçi Karol Linetty (30) ilə ilkin müqavilə imzaladığını açıqlayıb.
Son olaraq İtaliyanın "Torino" klubunda çıxış edən Linetty ilə anlaşma əldə olunduğu bildirilib. Klubun açıqlamasına görə, futbolçu transferin yekun mərhələsini müzakirə etmək və sponsor xəstəxana "Atakent Cihan"da tibbi müayinədən keçmək üçün şəhərə gələcək.
Mənbə:TRT Haber
Nigar Həsənzadə