Üç şirkətin səhmləri hərraca çıxarılıb

Tarix: 21:37 13.08.2025
"Ağdaş Quşçuluq", "Cəlilabad Şərab" və "Şıxlar Broyler"in səhmləri satışa çıxarılır.
"İnformator.az" xəbər verir ki, bu barədə "Axar.az"a Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, sifarişlər Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı (e-services.economy.gov.az) vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.
Pul hərracı 2025-ci il sentyabr ayının 23-də saat 09:30-da Əmlak Xidmətləri Məkanında keçiriləcək. Hərraca "Ağdaş Quşçuluq"un bir səhminin nominal dəyəri 2 manat, "Cəlilabad Şərab"ın 4 manat, "Şıxlar Broyler"in 2 manat təşkil edir.