00:00:00
Yazar
Admin User
12.04.2025 16:00 156 1 dəq oxuma
Dünya

ABŞ iqtisadiyyatı üzrə ekspert: ABŞ-Rusiya danışıqları məhsuldardır, sanksiyaların ləğvi mümkündür

ABŞ iqtisadiyyatı üzrə ekspert: ABŞ-Rusiya danışıqları məhsuldardır, sanksiyaların ləğvi mümkündür

 

 

ABŞ-nin iqtisadiyyat üzrə tanınmış eksperti Cefri Saks şənbə günü TASS-a verdiyi açıqlamada bildirib ki, Rusiya ilə ABŞ arasında aparılan danışıqlar prosesi məhsuldardır və bu, gələcəkdə ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi ilə nəticələnə bilər.

 

"Mən hesab edirəm ki, ABŞ və Rusiya arasında davam edən danışıqlar çox məhsuldar ola bilər" ,- deyə Saks vurğulayıb. "Ümid var, bu, şübhəsizdir. Məncə, ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi istiqamətində hər şey düzgün axarda gedir".

 

Nyu-Yorkdakı Kolumbiya Universitetində Davamlı İnkişaf Mərkəzinin professoru və direktoru olan Saks əlavə edib ki, hazırda ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı siyasəti Rusiya üçün ciddi risk yaratmır.

 

"Trampın adlandırdığı tarif müharibələri Rusiya üçün ciddi problem yaratmayacaq, çünki bu tədbirlər ölkəyə birbaşa və əhəmiyyətli təsir göstərməyəcək",- deyə o qeyd edib.

 

TASS

Gülhüseynova Güllər

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər