00:00:00
Yazar
Bəsti Nəsibova
24.06.2026 14:42 37 2 dəq oxuma
Sosial

Laçının Sus kəndində tikiş üzrə təlim keçirilib, iştirakçılar Azərbaycan bayrağı hazırlayıb və milli geyimlərimiz haqqında məluma

Laçının Sus kəndində tikiş üzrə təlim keçirilib, iştirakçılar Azərbaycan bayrağı hazırlayıb və milli geyimlərimiz haqqında məluma

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda Qadınların Peşə İnkişafı Proqramı” layihəsi çərçivəsində Laçın rayonunun Sus kəndində tikiş sənətinə həsr olunmuş növbəti təlim təşkil olunub.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nəsirova İradə bildirib ki, tikiş sahəsi qadınlar üçün həm yaradıcılıq imkanları yaradır, həm də əlavə gəlir mənbəyinə çevrilə bilər. Onun sözlərinə görə, layihə çərçivəsində keçirilən təlimlər qadınların əmək bazarına inteqrasiyasına, yeni peşə bacarıqları əldə etməsinə və iqtisadi müstəqilliklərinin gücləndirilməsinə xidmət edir.

Təlimdə iştirak edən “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova çıxış edərək layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, regionlarda yaşayan qadınların peşə bacarıqlarının artırılması onların sosial rifahının yüksəldilməsi və iqtisadi imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bəsti Nəsibova vurğulayıb ki, qadınların tikiş kimi həm yaradıcılıq, həm də gəlir gətirən sahələrdə bilik və bacarıqlar qazanması gələcəkdə onların öz kiçik bizneslərini qurmasına və ailə büdcəsinə töhfə verməsinə şərait yaradır. O, həmçinin belə layihələrin qadınların cəmiyyət həyatında daha fəal iştirakına, milli dəyərlərin qorunmasına və regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini bildirib.

Təlim zamanı iştirakçılara Azərbaycan milli geyimlərinin tarixi, onların xalqımızın mədəni irsində tutduğu yer və gələcək nəsillərə ötürülməsinin vacibliyi barədə ətraflı məlumat verilib. Qadınlar milli geyimlərimizin qorunması və təbliğinin önəmindən danışaraq, bu dəyərlərin gənc nəsil arasında tanıdılmasının vacibliyini qeyd ediblər.

Praktiki hissədə iştirakçılar Azərbaycan Respublikasının Dövlət Bayrağının hazırlanması prosesində iştirak ediblər. Bayrağın rənglərinin mənası, dövlətçilik tariximizdəki rolu və milli-mənəvi dəyərlərimizin rəmzi kimi əhəmiyyəti izah edildikdən sonra qadınlar əldə etdikləri tikiş bacarıqlarından istifadə edərək Azərbaycan bayrağı hazırlayıblar. Eyni zamanda, milli geyimlərin hazırlanması və yaşadılmasının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Qadınlar həm peşə bacarıqlarının inkişaf etdirilməsi, həm də milli dəyərlərimizin, dövlət rəmzlərimizin və milli geyim ənənələrimizin təbliği baxımından bu cür tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar.

Tədbir qarşılıqlı fikir mübadiləsi, sual-cavab sessiyası və səmimi müzakirələr şəraitində başa çatıb.

Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər