3 aprel 2025-ci ilin bürc proqnozu

Bölmə: Maraqlı › ,
Tarix: 00:58 03.04.2025

Qoç♈️

 

İş yoldaşlarınızla ünsiyyət zamanı kobud olmamağa və onları tənqid etməməyə çalışın. Ulduzlar bildirir ki, qismətiniz ayağınıza gələcək. Romantik əlaqələrdə bu gün təşəbbüsü ələ almalısınız.

 

Buğa♉️

 

Sevgilinizin keçmişilə bağlı düşüncələr sizi narahat edir. Bu fikirləri beyninizdən atmağa çalışın. Işgüzar müstəvidə yerinizdə saydığınız bir dövrə qədər qoymusunuz. Bu vəziyyət davam etsə, çətin günlər yaşayacaqsınız. Sağlam həyat üçün qidalanmağınıza diqqət yetirin.

 

Əkizlər♊️

 

İkinizə də çox yaxın olan yoldaşlarınız sevgilinizlə aranızdakı problemlərdə sizi günahkar sayır. Dəyişmək kimi bir niyyətiniz də yoxdur. Bu gün istəmədiyiniz bəzi qonaqları qarşılamaq məcburiyyətində qalacaqsınız. Bu gün planlarınızın alt-üst olmaq ehtimalı var.

 

Xərçəng♋️

 

Geridə buraxdığınız əlaqənin izləri belə qalmayıb. Zaman- zaman narahatlıq yaşamağınıza baxmayaraq, qısa müddətdə heç bir probleminiz olmayacaq. Işgüzar müstəvidə yaşadığınız çətinliklərdən xilas olmaq üçün bu gün yaxşı fürsət olacaq. Idman etməyiniz məsləhətdir.

 

Şir♌️

 

Romantik baxımdan möhtəşəm bir gün yaşayacaqsınız. Heç ümid etmədiyiniz anda romantik bir təklif gələ bilər. Marağında olduğunuz birinin sizi tanımasına imkan verin. Bu gün enerjinizi tamamilə tükəndirməyin.

 

Qız♍️

 

Birlikdə olduğunuz adamla gərəksiz yerə mübahisə edirsiniz. Lakin zaman sizə səhvinizi göstərəcək. Əlaqələrinizi yenidən nəzərdən keçirmək fürsəti yaranacaq. Bir az daha anlayışlı olun. İş yerindəki yoldaşlarınızla ortaq layihələrə imza atmaq üçün uyğun zaman deyil.

 

Tərəzi♎️

 

Sizi enerjili bir gün gözləyir. Istədiyinizə çatmaq üçün çoxlu səy göstərəcəksiniz. İş həyatınızda yeni ideya və layihələrlə özünüzü sübut edəcəksiniz. Dəyişik fəaliyyətlərlə maraqlana biləcəyiniz, məhsuldar bir gün keçirəcəksiniz.

 

Əqrəb♏️

 

Sevdiyiniz adamla bağlı öyrənəcəyiniz bəzi məlumatlar üzündən bənbinliyə qapılacaqsınız. İşin əslini öyrənmədən reaksiya verməyin. Çünki isti başla verdiyiniz qərarlara, söylədiyiniz sözlərə görə sonradan peşman ola bilərsiniz.

 

Oxatan♐️

 

Yoldaşlarınızın sevdiyiniz insan haqqındakı fikirlərinə son günlər çox əhəmiyyət verirsiniz. Onun üçün isə başqalarının deyil, sizin nə düşündüyünüz əhəmiyyətlidir. Bu gün tamamlamalı olduğunuz işləri təxirə sala bilməyəcəksiniz. Ona görə də bu gün daha sürətlə işləməlisiniz.

 

Oğlaq♑️

 

Sevdiyinizlə aranızdakı problemlərin üzərində dayanmayıb hadisələri öz axarı ilə getməsinə şərait yaradın. Belə olarsa, özünüzü daha yaxşı hiss edəcəksiniz. Maddi baxımdan sıxılmış vəziyyətdəsiniz. Büdcənizə diqqət yetirin.

 

Dolça♒️

 

Sürpriz məhəbbətə hazır olun. Güclü hissiyyatınız qarşılaşacağınız adamı daha yaxşı tanımağa yardım edəcək. Qərar verərkən ürəyinizin səsinə qulaq asın. Qaçırdığınız bir iş təklifi yenidən gündəmə gələcək. Bu, karyera inkişafının ilk addımı ola bilər.

 

Balıq♓️

 

Xoşlandığınız hər bir şeyi hamı ilə paylaşmaq istəyirsiniz. Atacağınız hər addımı yaxşı hesablamalı, səhvlərinizi dərk etməlisiniz. Çətinlik çəkdiyiniz məqamlarda yoldaşlarınızdan kömək istəyin. Maddi və mənəvi dəstək verəcəklər.

 

 

 

Meşədiyeva Türkanə