ÇL-də həftənin rəmzi komandası açıqlandı

Tarix: 22:12 17.04.2025
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarının ardından həftənin rəmzi komandası açıqlanıb.
“İnformator.az” "Qafqazinfo"ya istinadən xəbər verir ki, heyətdə “İnter” (İtaliya), PSJ (Fransa), “Borussiya”, “Bayern” (hər ikisi Almaniya), “Aston Villa” və “Arsenal”ın (hər ikisi İngiltərə) futbolçuları yer alıblar.
Qapıçı: Canluici Donnarumma (PSJ);
Müdafiəçilər: Benjamen Pavar (“İnter”), Ezri Konsa (“Aston Villa”), Yakub Kivyor (“Arsenal”), Nuno Mendes (PSJ);
Yarımmüdafiəçilər: Maykl Olise (“Bayern”), Paskal Qros (“Borussiya”, Dortmund), Deklan Rays (“Arsenal”), Con Makqinn (“Aston Villa”);
Hücumçular: Lautaro Martines (“İnter”), Seru Girassi (“Borussiya”).