Effektiv və asan arıqlama üsulu: 4:3 üsulu!

Tarix: 21:13 18.04.2025
Dərhal arıqlamağınıza səbəb olur. Arıqlamaq üçün düzgün metodu seçmək çox vaxt mürəkkəb və yorucu bir təcrübəyə çevrilir. Son elmi araşdırmalar göstərir ki, ənənəvi pəhrizlərlə müqayisədə tətbiq etmək daha asan ola bilər. 4:3 pəhrizi sürətli və effektiv nəticələr təklif edərək, kalori saymaqdan yorulanlar üçün ümid vəd edir. Pəhriz bəzən uzunmüddətli mübarizəyə çevrilə bilər. Gündəlik kalori hesablamaları zamanla yorucu və dayanıqsız hala gəlsə də, elm adamları daha çevik bir üsulla arıqlamanın qapılarını açıblar. Son araşdırmalar göstərdi ki, 4:3 pəhrizinə riayət edən insanlar ənənəvi pəhrizə riayət edənlərdən daha yaxşı nəticələr əldə edirlər. Beləliklə, 4:3 metodu nədir? Tez arıqlamağınızı təmin edən pəhrizin təfərrüatları...
4:3 aralıq oruc, həftənin müəyyən günlərində kalori istehlakını ciddi şəkildə azaltmağı və qalan günlərdə balanslı qidalanmağı hədəfləyən bir pəhriz üsuludur. Gündəlik enerji ehtiyacının yalnız 20%-i oruc günlərində istehlak edildiyi halda, normal günlərdə sağlam və balanslı qidalar istehlak edilir. Annals of Internal Medicine jurnalında dərc edilən araşdırma, artıq çəki və ya obez olan 165 böyükdə iki pəhriz strategiyasını müqayisə edib. Tədqiqatda iştirakçılar bazar ertəsi, çərşənbə və cümə günləri gündəlik qəbul etdikləri kalorilərin yalnız 20%-ni istehlak ediblər. Bu, qadınlar üçün təxminən 400-600 kalori, kişilər üçün isə 500-700 kaloriyə bərabərdir. Qalan dörd gün ərzində heç bir məhdudiyyət yox idi, baxmayaraq ki, sağlam seçimlər təşviq edildi. 12 aylıq araşdırmanın sonunda, 4:3 nisbətində aralıq oruc tutan qrup bədən çəkisinin orta hesabla 7,6%-ni itirdi. Hər gün kalori məhdudlaşdıran qrupda itki 5% olaraq qaldı. Fasiləli oruc pəhrizinə riayət edən qrupda qan təzyiqi, xolesterin və oruc qlükoza səviyyələrində daha müsbət dəyişikliklər müşahidə olunub.
A haber
Asiman Vəliyeva