İdman uğurları ilə beynəlxalq nüfuz qazanmaq mümkündürmü?-Mütəxəssis AÇIQLAYIR…

Bölmə: İdman › ,
Tarix: 21:22 18.04.2025

Qloballaşan dünyada ölkələrin beynəlxalq arenada tanınması üçün müxtəlif vasitələr mövcuddur. Bu vasitələr arasında idman mühüm yer tutur. İdman yalnız sağlam həyat tərzinin təbliği və əyləncə məqsədi daşımır, eyni zamanda ölkənin mədəniyyətini, gücünü və dəyərlərini dünyaya göstərmək üçün təsirli bir vasitədir. Beynəlxalq yarışlarda qazanılan uğurlar, təşkil olunan turnirlər və tanınmış idmançılar vasitəsilə bir ölkə qısa zamanda dünya ictimaiyyətində nüfuz qazana bilir.

 

 


Mövzu ilə bağlı futbol funksioneri Ceyhun Sultanov “İnformator.az”a açıqlamasında bildirib ki, idmanın öz yeri, siyasətin öz yeri var.

 


“Ölkənin güləşin də , boksun da idmanın hər bir növündə uğur qazanıb çempion olandan sonra həm ölkə tanınır, həm də idmançılar tanınırlar. Amma idamanı siyasətlə qarışdırmaq olmaz. Çünki siyasətdə ölkənin öz strategiyası, inkişaf planı , tanıtımı var. Bu bir yoludur. Digər bir yolu da idmançıların üzərinə düşür, lakin ölkənin tanıtımı sırf olaraq idmançılarla da bağlı olmamalıdır”.

 


Əminə Əliyeva