Sülh Prosesində Yeni Addım: Mirzoyan və Sinirlioğlu Görüşdü

Tarix: 21:36 21.04.2025
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Tərəflər Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlmiş səylər kontekstində Ermənistan və Azərbaycan arasında sülh prosesindən danışıblar.
Məsələ ilə bağlı konfliktoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, siyasi arenada vasitəçilik çox effektli olmur:
“Dominant vasitəçi istisnadır. Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilər əsasən simvolik xarakter daşıyıb. İndi də belədir. Xüsusilə ATƏT – bu təşkilatın vasitəçi kimi əhəmiyyətli bir rolu olmayıb.
İki tərəf arasında sülh üçün zəmin yaranıb, lakin maraq qrupları bu prosesə mane olur. Əks halda tərəflər sülh bağlayardı. Sülh olsa da, olmasa da, proseslərdə Azərbaycanın üstünlüyü var. Sülh Ermənistan üçün daha vacib və faydalıdır. Onlar bu prosesə özləri fəal şəkildə qoşulacaqlar".
Çimnaz Telmanqızı