Pakistanın daimi nümayəndəsi: Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk

Bölmə: Dünya › ,
Tarix: 00:50 09.05.2025

Pakistan Hindistanın hərəkətlərini müharibə elanı kimi qiymətləndirir.

 

“İnformator.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd deyib.

 

 

"Mayın 6-dan 7-nə keçən gecə onlar Pakistana bir sıra bölgələrdə əsassız hücuma keçiblər. Onlar qlobal çağırışlara baxmayaraq, bunu ediblər, müstəqil və neytral istintaq çağırışına məhəl qoymayıblar”, - diplomat bildirib.

 

 

Əhməd Pakistan tərəfinin məsuliyyətli davrandığını vurğulayıb: “Biz müəyyən mərhələdə etibarlı, müstəqil və neytral araşdırma tələb etdik. Bununla belə, Hindistanın reaksiyası son dərəcə aqressiv idi".

 

Daimi nümayəndə Hindistanı əvvəlcədən planlaşdırılmış eskalasiyada günahlandırıb: “Bizim üçün onların istənilən vəziyyətə bu şəkildə cavab verəcəkləri açıq idi, çünki bunu keçmişdə ediblər”.