STEAM təhsili

Tarix: 20:44 23.04.2025
Science (Elm), Technology (Texnologiya), Engineering (Mühəndislik), Art (İncəsənət) və Mathematics (Riyaziyyat) sahələrinin inteqrasiya olunmuş şəkildə öyrədilməsini nəzərdə tutur.
Mövzu ilə bağlı Təhsil üzrə ekspert, Təhsil Xidmətləri və Məsləhət Mərkəzinin direktoru Elşən Qafarov “İnformator.az”a açıqlamasında bildirib ki, Bu yanaşma təcrübi öyrənmə, problem əsaslı düşüncə, yaradıcılıq və kritik təhlil bacarıqlarının inkişafını hədəfləyir:
"STEAM təhsilinin bir neçə əsas xüsusiyyətləri var ki, onlar bunlardır:
1. Fənlərarası inteqrasiya (mövzular bir-birindən ayrılmış şəkildə deyil, qarşılıqlı əlaqəli şəkildə öyrədilir, məsələn, şagirdlər riyaziyyat və texnologiyanı bir mühəndislik layihəsində birləşdirirlər).
2. Təcrübəyə əsaslanan təhsil(məzəriyyədən çox, praktiki layihələr və real həyat problemləri üzərində işləməyə önəm verir, məsələn, su filtrləmə sistemi düzəltmək üçün şagirdlər həm kimya, həm mühəndislik, həm də dizayn biliklərindən istifadə edir).
3. Yaradıcılıq və incəsənətin rolu(ənənəvi STEM-dən fərqli olaraq STEAM incəsənəti də daxil edir, bu isə estetikanı, dizayn düşüncəsini və innovasiyanı stimullaşdırır).
4. Kritik düşüncə və əməkdaşlıq(şagirdlər qrup şəklində işləyərək, problemləri birgə analiz edir və müxtəlif perspektivlərdən yanaşmağı öyrənirlər).
5. Layihə əsaslı öyrənmə(müəyyən mövzu və ya problemi həll etməyə yönəlmiş layihələr vasitəsilə öyrənmə baş verir)”.
Ekspert bildirib ki,STEAM təhsili ilə ənənəvi təhsil metodları ilə müəyyən fərqləri vardır:
“STEAM təhsilində fənlər inteqrasiya olunmuş şəkildə öyrədilir, təcrübə və layihə əsaslı öyrənmə ön plandadır, şagird mərkəzli, fəal iştirak əsaslıdır, yaradıcılıq və innovasiya önəmlidir və qiymətləndirmə prosesə, əməkdaşlığa və yaradıcılığa əsaslanır.
Ənənəvi təhsildə isə fənlər ayrı-ayrılıqda öyrədilir, nəzəri bilik üstünlük təşkil edir, tədrisdə əsas sima müəllimdir, yəni mərkəzdə müəllim durur, yaradıcı düşüncə az inkişaf etdirilir və qiymətləndirmə test və imtahanlara əsaslanır.
Azərbaycanda STEAM təhsili 2019-cu ildən başlayaraq, son illərdə prioritet istiqamətlərdən birinə çevrilib və Elm və Təhsil Nazirliyi bu sahədə ardıcıl təşəbbüslər həyata keçirir. Hələ tam şəkildə bütün məktəblərdə geniş tətbiq olunmasa da, pilot layihələr, STEAM mərkəzləri və müəllim hazırlığı vasitəsilə bu istiqamət tədricən inkişaf etdirilir.
Hazırda Azərbaycanda STEAM təhsilinin tətbiqi ilə bağlı bir çox işlər görülməkdədir. STEAM mərkəzləri yaradılmışdır (2019-cu ildən başlayaraq, müxtəlif bölgələrdə STEAM Mərkəzləri fəaliyyətə başlayıb və bu mərkəzlərdə şagirdlər robototexnika, kodlaşdırma, 3D modelləşdirmə, mühəndislik və digər fənlərarası layihələr üzərində çalışırlar. Bakı, Gəncə, Şamaxı, Zaqatala, Mingəçevir, Lənkəran və digər şəhərlərdə fəaliyyət göstərən STEAM mərkəzləri var).
Bu istiqamət üzrə müəllimlərin STEAM üzrə təlimləri təşkil edilib(Təhsil İnstitutu və STEAM Tədris Mərkəzi tərəfindən minlərlə müəllimə təlimlər verilib.Bu təlimlərdə müəllimlər STEAM layihələrinin hazırlanması, fənlərarası tədris və təcrübə əsaslı öyrənmə metodları haqqında məlumatlar verilib)”.
Elşən Qafarov deyib ki, STEAM layihələrinin məktəblərdə tətbiqinə artıq 2019-cu ildən başlanılıb:
“STEAM laboratoriyaları qurulub.Şagirdlərə fənlərin birləşdirilməsi yolu ilə yaradıcı layihələr təqdim olunur.Müxtəlif yaş səviyyələrində kodlaşdırma, robot texnologiyaları və elm layihələri tətbiq edilir).
Hər il ölkə üzrə STEAM Azərbaycan Festivalı (SAF) təşkil olunur(təşkil olunan bu festivalda ölkənin müxtəlif məktəblərindən minlərlə şagird və müəllim iştirak edir və bu tədbir şagirdlərin layihə təqdimatı, kodlaşdırma, robototexnika, sənət və mühəndislik bacarıqlarını nümayiş etdirmələri üçün mühüm platformadır).
STEAM təhsilinin ümumtəhsil məktəblərində genişləndirilməsi hədəflənsə də, regionlarda resurs çatışmazlığının(STEAM mərkəzləri əsasən şəhərlərdədir; kənd məktəblərində avadanlıq və müəllim çatışmazlığı var), müəllimlərin hazırlıq səviyyəsinin yetərli olmaması ( müəllimlərin böyük əksəriyyətinin hələ STEAM yanaşmasına uyğun dərs planlaşdırmaq bacarığına malik deyil), kurikulum(təhsil proramlarının) inteqrasiyası zəifdir(fənlərarası əlaqələr tədris planlarında hələ tam əks olunmur.Nəzərə alsaq ki, hələ 2020-ci ildə qəbul edilmiş “Ümumi təhsilin dövlət standartları”na uyğun kurikulumlar(təhsil proqramları ) qəbul olunmayıb və ya tam qəbul olunmayıb vəziyyətin nə qədər acınacaqlı olmasını təsəvvür etmək çətin olmaz. Maliyyə və texniki resurslar olmaması və ya yetərli olmaması (bəzi məktəblərdə texnologiya avadanlıqları (kompüter, robot dəstləri və s.) yoxdur və ya məhduddur.ETN naziri Emin Əmrullayev bir qədər öncə elan etmişdi ki, məktəblərimizdə guya ölkədə üzrə hər 12 şagirdə bir kompyüter düşür. Bu bəyanat reallığı əks etdirmir. Məktəblərimizin əksəriyyətində olan kompyüterlər mənəvi və ya fiziki cəhətdən ömrlərini başa vurublar, ciddi internrt problemi hələdə durmaqdadır.) STEAM təhsilinin tətbiqi ilə bağlı ciddi problemlər yaratmaqdadır.
STEAM təhsili bu gün dünyanın aparıcı təhsil sistemlərinə malik bütün ölkələrində geniş tətbiq olunur və əhatə dairəsi ildən-ilə genişlənməkdədir.
Butün sadalanan çətinliklərə baxmayaraq, yol verilən bütün neqativlərə rəğmən, ölkəmizdə də STEAM təhsilinin geniş tətbiqi üçün tədbirlər görülür, STEAM təhsilinin daha çox məktəblərə tətbiqi, daha çox müəllimin təlimlərə cəlb edilməsi, beynəlxalq tərəfdaşlıqlar (məsələn, Microsoft, Intel, LEGO Education) vasitəsilə tədris proqramlarının zənginləşdirilməsi gözlənilir”.
Asiman Vəliyeva
Netanyahuya təzyiq artdıqca İsrail ehtiyat qüvvələri Qəzza müharibəsinə qarşı çıxış edir
Gözlərin sağlam qalması üçün gündəlik həyatımızda nələrə diqqət etməliyik?-Oftalmoloq AÇIQLAYIR…