Yer Kürəsi-Evimiz

Bölmə: Sosial › ,
Tarix: 20:50 23.04.2025

Yer Kürəsinin qorunması hər bir şəxsin üzərinə düşən xüsusi öhdəlikdir.

Mövzu ilə bağlı ekoloq Amin Məmmədov "İnformator.az"a açıqlamaslnda bildirib ki, gündəlik həyatımızda Yer Kürəsini qorumaq burda yaşayan hər bir sakinin düşüncəsindən, ekoloji tərbiyəsindən asılıdır:

 

"Biz sadəcə yaşadığımız ətraf mühitə həssas yanaşsaq, yaşadığımız yeri çirkləndirməsək, yaşıllıqları məhv etməsək, resuslardan israfçılıq etmədən qənaətlə istifadə etsək, bununla da biz Yer Kürəsini qorumuş olarıq. Hökümətlərin hər birinin üzərinə düşən vəzifə onların hakimiyyətdə olduğu ölkədə, o ölkənin hüdudları çərçivəsində ətraf mühitin qorunmasını təmin etmək, vətəndaşlarından bunu qanunvericiliklə tələb etmək, həmçinin, təhsil vasitəsi ilə öz vətəndaşlarını maarifləndirmək, ətraf mühitə sevgi hissini aşılamaqdır. Bildiyimiz kimi, müsair gənclər müxtəlif aksiyalar, maraqlı, əyləncəli kampaniyalara daha çox meyillidirlər. Məsələn, flaşmoblar buna nümunə ola bilər. Onları təmizlik, ağacəkmə aksiyalarına cəlb etmək lazımdır ki, təbiəti hiss etsinlər. Eyni zamanda tədris müəssələrində, orta məktəblərdə, ali məktəblərdə ətraf mühitlə bağlı gənclərlə, onların müəllimləri ilə işləmək zəruridir".

 

Billurə Quliyeva