Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpüyə baxış keçirəcək - YENİLƏNİB

Tarix: 21:04 23.04.2025
İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində mövcud olan 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb.
Bunu "İnformator.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.
Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 N-li Xüsusi Təyinatlı Yol idarəsinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edə bilərlər.
Onun sözlərinə görə, sabah agentliyin mütəxəssisləri tərəfindən körpüyə baxış keçiriləcək: "Bundan sonra körpünün vəziyyəti ilə bağlı dəqiq məlumat vermək mümkün olacaq".
Netanyahuya təzyiq artdıqca İsrail ehtiyat qüvvələri Qəzza müharibəsinə qarşı çıxış edir
Gözlərin sağlam qalması üçün gündəlik həyatımızda nələrə diqqət etməliyik?-Oftalmoloq AÇIQLAYIR…