BDU-da jurnalistika tələbələri ilə Şahin Abasovun görüşü keçirilib

Bölmə: Sosial › ,
Tarix: 15:35 24.04.2025

24 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbələrlə maraqlı bir görüş təşkil olunub. Görüşün qonağı ATV kanalının Avropa bürosunun müxbiri, təcrübəli jurnalist Şahin Abasov olub.

 


Tədbirdə Şahin Abasov Almaniya və Azərbaycan jurnalistikası arasında mövcud olan fərqlər, Avropa media standartları və jurnalistikanın beynəlxalq kontekstdə rolu haqqında geniş məlumat verib. O, öz peşəkar təcrübəsini tələbələrlə bölüşərək, jurnalist fəaliyyətində qarşılaşılan çətinliklər və məsuliyyətlərdən bəhs edib.
Görüş çərçivəsində tələbələr özlərinin hazırladıqları süjetləri təqdim ediblər. Süjetlərin təqdimatından sonra onların məzmunu və texniki baxımdan keyfiyyəti müzakirə olunub. Şahin Abasov tələbələrin işlərini təhlil edərək, onlara peşəkar tövsiyələr verib və gələcək fəaliyyətlərində nələrə diqqət etməli olduqlarını vurğulayıb.
Tələbələrin fəal iştirakı və maraqlı sualları ilə keçən görüş səmərəli fikir mübadiləsi ilə yadda qalıb. Görüşün sonunda Şahin Abasov gənc jurnalistlərə uğurlar arzulayıb və peşəkarlıq yolunda daim öyrənməyə davam etmələrinin vacibliyini qeyd edib.

 

Nərgiz Orucova