Tramp Putinə çağırış etdi-Dayan! Həftədə 5000 əsgər ölür

Tarix: 17:45 24.04.2025
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Kiyevə hücumlarını pisləyərək, Ukrayna ilə sülh sazişi imzalamağa çağırıb. "İnformator.az" xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
"Mən Kiyevə Rusiya zərbələrindən narazıyam. Bu hücumlara ehtiyac yoxdur və seçilmiş vaxt çox uyğunsuzdur. Vladimir, DAYAN! Həftədə 5000 əsgər ölür. Gəlin sülh sazişi bağlayaq!" - o qeyd edib.