Azərbaycan və Polşa əlaqələri möhkəmləndirəcək

Bölmə: Siyasət › ,
Tarix: 10:01 07.05.2025

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Bakıda Polşa Konstitusiyasının qəbulunun ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az” a politoloq Əli Mustafa bildirir ki, Azərbaycan və Polşa arasında əlaqələrin inkişaf etdirilməsi bir çox sahələri əhatə edə bilər:

 

“İlk olaraq ona qeyd etmək lazımdır ki, Polşa Qərbi Avropa ölkəsidir və Avropa İttifaqının üzvüdür. Habelə iqtisadiyyat baxımından da Avropanın ən öndə gedən ölkələrindən biridir. Ümumiyyətlə, Polşa həmişə son dərəcə çalışqan və zəhmətsevər bir ölkə kimi dəyərləndirilir. İndiki dövrdə isə həm siyasi, həm iqtisadi, həm də ticarət və elm sahələrində Azərbaycan və Polşanın əməkdaşlıqları mövcuddur. Avropa ölkələrinin arasında Azərbaycanla tarixi əlaqələrini nəzərə alsaq, eyni zamanda yeni texnalogiyaların tətbiqi baxımından, sənaye infrastrukturunun inkişafı baxımından da Polşa və Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq mümkündür. Hazırda Avropanın inkişaf etmiş texnoloji imkanlarının Azzərbaycana gətirilməsində Polşa bir vasitəçilik rolunu oynayır. Bu əlaqalərin daha da dərinləşməsi üçün ilk olaraq hansı sahələrdə əlaqalər güclənməlidi onlar müəyyən edilib, daha sonra onları təmin edən mexanizm qurulmalıdır. Hər halda mənim fikrimcə, bir sıra istiqamətlərdə strateji tərəfdaşlığın təmin edilməsi mümkündür. Ümumiyyətlə, Azərbaycanın enerji daşıyıcıları ilə bağlı alternativ yaşıl enerjinin istehsalı və Avropaya ötürülməsində böyük potensialı var. Azərbaycan Polşanın enerji resuslara olan ehtiyacını ödənilməsində də rol ala bilər”.

 

Aysel Mirzəyeva