BMT-nin Əhali Fondunun Azərbaycandakı fəaliyyəti başa çatıb-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 09:58 07.05.2025

Qeyd edilib ki, Azərbaycanda mövcud olduqları 30 il ərzində UNFPA hökumətə və digər milli və yerli tərəfdaşlara ana sağlamlığının yaxşılaşdırılmasında, gender zorakılığına qarşı mübarizədə və əhali siyasətinin təşviqində əsas rol oynayıb.

 

Mövzu ilə bağlı “İnformator.az” a politoloq Elşad Həsənov bildirir ki, BMT-nin bu qurumu Azərbaycanda fəaliyəti başa çatıb:

 

“Bu qurumdan əvvəl də biz Beynəlxalq Qırmızı Xaç komitəsinin fəaliyyətini dayandırdıq. Yəni, Azərbaycan torpağının 20%-i işğal altında olanda BMT-nin Təhlükəsizlik Şurası 4 məlum qətnamə qəbul etdi. Lakin o qətnamənin heç biri yerinə yetirilməlidi. Xüsusəndə Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmadı. Yəni, BMT bir dişsiz təşkilat kimi özünü büruzə verdi. Ona görə də, BMT-nin yenidən qurulması dünya dövlətlərinə bərabərhüquqlu, obyektiv yanaşma sərgiləyən yeni bir qurum lazım idi. Artıq BMT-nin qəbul etdiyi nə qətnamələrinə, nə də qərarlarına heç kəs qiymət vermir. Sözsüz ki, Azərbaycan artıq inkişaf etmiş bir ölkədir. Və biz belə qurumların olmağını istəmirik. Şübhəsiz ki, bu fondaların hər birinin məqsədinin yaxşı olduğunu göstərsələr də, bu cür beynəlxalq təşkilatlar kəşfiyyat işini aparırlar. ABŞ-nin dövlət maraqlarına xidmət edirlər. Həmin bu və digər dövlətləri xüsusi orqanlar bu təşkilata cəlb edirlər. Onların vasitəsi ilə kəşfiyyat işlərini aparırlar. Bunların hamısı olan hadisələr və faktlardır. Bundan əvvəl də olan qurumuda biz ölkəmizdən qovduq. Sonra da onlar Ermənistana 250 milyon$ yardım ayırdılar. Silah-sursatla təmin etdilər. Tramp hakimiyyət gəldikdən sonra qurumlar fəaliyyətini dayandırdı. Və orada yoxlamalar aparılan zaman aşkar oldu ki, çox böyük rüşvət halları baş verib”.

 

Həmçinin politoloq bildirir ki, keçmiş zamanlarda Azərbaycan hansısa ölkələrdən yardım istəsə də, indiki dövrdə artıq Azərbaycan bir çox ölkələrə yardım göstərir:

 

“O cümlədən, qoşulmama hərəkatına rəhbərlik etdiyi 4 il müddətində Azərbaycan bir çox ölkələrə milyon dollarlıq yardımlar göstərdi. Onlara tibbi və hərbi yardımlar göstərildi. Yəni, Azərbaycan tam olaraq inkişaf etmiş bir ölkədir. Həmin bu beynəlxalq təşkilatında Azərbaycana olan davranışlarını da qiymətləndirib, fondun fəaliyyətini dayandırdıq”.


Aysel Mirzəyeva