Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib - -YENİLƏNİB

Bölmə: Sosial › ,
Tarix: 21:38 24.04.2025

24.05.2025-ci il tarixində saat 18:20 radələrində 2001-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

 

"İnformator.az" xəbər verir ki, bu haqda TƏBİB-in açıqlamasında deyilir.

 

Dərman zəhərlənməsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.