Munchausen sindromu nədir?

Tarix: 20:00 23.04.2025
Bəzi fərdlərdə tibbi diqqət və qayğı qazanmaq məqsədilə xəstəlik uydurma və ya süni simptomlar yaratma meyli müşahidə olunur. Psixologiyada bu hal munchausen sindromu adlanır.
Mövzu ilə bağlı psixoloq Ülkər Musayeva “İnformator.az”a açıqlamasında bildirib ki, bu pozuntuda insan özü haqqında bilərəkdən yalan danışır:
“Munchausen sindromu — şəxsiyyətin psixi pozuntusudur. Bu pozuntuda insan özü haqqında bilərəkdən yalan danışır, saxta simptomlar uydurur və ya özünə qəsdən fiziki zərər yetirərək xəstə rolunu oynayır. Məqsədi diqqət çəkmək, başqalarının qayğısını və rəğbətini qazanmaqdır. Bu vəziyyət tibbi manipulyasiyalar və müalicə prosesləri ilə maraqlanmaq, həkimləri “aldatmaq” arzusu ilə də əlaqəli ola bilər.
Əsas xüsusiyyətləri:
• Real olmayan simptomlar uydurmaq
• Özünə bilərəkdən zərər yetirmək (məsələn, dərman içmək, yaralamaq)
• Təkrar-təkrar həkimə getmək və hətta xəstəxanaya yatmaq
• Xəstəlik rolunu davamlı və inandırıcı şəkildə oynamaq.
Bu zaman şəxs xəstə rolunu özü yox, bir başqası (çox vaxt uşaq) üçün oynayır. Məsələn, ana öz uşağını bilərəkdən xəstə göstərir və ya xəstələndirir ki, tibbi sistemin və ətrafdakların diqqətini çəksin.
Səbəbləri nələr ola bilər?
• Uşaqlıqda diqqətsizlik və ya travma
• Özünə dəyərsizlik hissi
• Şəxsi münasibətlərdə sevgi və qayğı çatışmazlığı
• Psixoloji pozuntular- narsisistik, sərhədsiz şəxsiyyət pozuntuları və s.”,- deyə psixoloq qeyd edib.
Sindromun müalicəsi üçün nə etmək lazımdır?
“Necə həll edək: Mənə məxsus olan “Belo” — Bilinməyən Emosiyaların Laylı Ortayaçıxması terapiya metodumla bu məsələni tam və qısa müddətdə həll edirəm”,- deyə psixoloq əlavə edib.
Səyyarə Mirzəyeva