Zelenski: Tramp ilə şərtsiz atəşkəsi müzakirə etdik

Tarix: 18:53 26.04.2025
Ukrayna Dövlət Başçısı Volodimir Zelenski, ABŞ Başçısı Donald Tramp ilə Vatikanda reallaşdırdıqları görüşdə, Rusiya-Ukrayna Müharibəsində tam və şərtsiz atəşkəs haqqında danışdıqlarını bildirib.
Zelenski, Telegram hesabından etdiyi yazılı açıqlamada, Katoliklərin ruhani lideri və Vatikan Dövlət Başçısı Papa Fransiskin Vatikandakı cənazə mərasimi öncəsi Tramp ilə bir araya gəldiyini xatırladıb.
Tramp ilə “yaxşı bir görüş” keçirdiklərini bildirən Zelenski, görüş zamanı bir çox mövzunu ələ aldıqlarını ifadə edib.
Zelenski, tam və şərtsiz atəşkəsin təmin olunması və müharibənin təkrarlanmasını önləyəcək etibarlı və qalıcı bir sülh haqqında danışdıqlarını qeyd edərək, “Ortaq nəticələr əldə etsək, tarixi olma potensialı daşıyan olduqca simvolik bir görüş olar" dəyərləndirməsini edib.
Ukrayna Dövlət Başçısı Zelenski, “Söylənənlərdən bir nəticə çıxmasını ümid edirik",-ifadəsini istifadə edib.
TRT XƏBƏR
Günel Verdiyeva
Netanyahuya təzyiq artdıqca İsrail ehtiyat qüvvələri Qəzza müharibəsinə qarşı çıxış edir
Gözlərin sağlam qalması üçün gündəlik həyatımızda nələrə diqqət etməliyik?-Oftalmoloq AÇIQLAYIR…