Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına olan borcunu ödəyib

Tarix: 10:27 28.04.2025
Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankı Qrupuna təxminən 15 milyon dollarlıq borcunu ödəyib.
Səudiyyə Ərəbistanı və Qətərin maliyyə nazirlikləri Suriya iqtisadiyyatının bərpasına dəstək səyləri çərçivəsində Suriyanın Dünya Bankı Qrupuna ödənilməyən borclarını birgə götürüblər. Suriyanın beynəlxalq maliyyə sisteminə yenidən inteqrasiyasına töhfə vermək olduğuna diqqət çəkən açıqlamada Suriyanın 15 milyon dollarlıq borcunun bu çərçivədə ödənildiyi qeyd edilib.
Bu ödəniş Dünya Bankı Qrupunun 14 ildən sonra Suriyadakı dəstəyini və fəaliyyətini bərpa etməsinin yolunu açacaq.
Bu həmçinin Suriyaya Dünya Bankından fövqəladə hallar sektorları üçün maliyyə və texniki dəstək almağa imkan verəcək.
Bu resurslar institusional restrukturizasiyanın, potensialın gücləndirilməsinin, siyasət islahatlarının və inkişaf səylərinin sürətləndirilməsinə töhfə verəcək.
Səudiyyə Ərəbistanı və Qətər beynəlxalq və regional maliyyə qurumlarını təcili surətdə Suriyada inkişaf fəaliyyətlərini bərpa etməyə, səylərini artırmağa və Suriya xalqının humanitar gələcəyə dair istəklərinə cavab verəcək hər hansı təşəbbüsü dəstəkləməyə çağırıb.
Mənbə:CNN TürK
Əminə Əliyeva