İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı yeni əməliyyatda 51 nəfər saxlanılıb

Bölmə: Dünya › ,
Tarix: 20:36 28.04.2025

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı yeni bir əməliyyat çərçivəsində barələrində həbs qərarı çıxarılan 53 nəfərdən 51-i saxlanılıb. Saxlanılan şəxslərin ifadələrinin alınmasına başlanılıb.


Saxlanılanlar arasında İmamoğlunun müşaviri Murat Ongunun həyat yoldaşı Gözdem Ongun da var. İBB Baş Katibinin müavini Arif Gürkan Alpay və Ekrem İmamoğlunun Xüsusi Katibə Müdiri Kadriye Kasapoğlu da saxlanılıb. İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) Baş direktoru Şəfəq Başa, İSKİ Baş direktor müavini Begüm Çelikdelen və İSKİ Ətraf Mühit Nəzarət İdarəsinin rəhbəri Adem Şanlısoy da saxlanılanlar arasındadır.
İBB Boğaziçi İmar İdarəsinin müdiri Elçin Karaoğlu, İBB Əmlak İdarəetmə sədr müavini Fatih Özçelik, İBB İmar Şöbə müdiri Ramazan Gülten, İBB Tədqiqat və Layihə İdarəsinin rəhbərləri Serap Öbekçi və İhsan Yılmaz, eləcə də Kültür A.Ş. baş direktor müavinləri Erdinç Çolak və Onur Aldı da saxlanılan şəxslər sırasındadır. İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) İstanbul Böyükşəhər Bələdiyyəsinə tabedir.

 

BBC News
Fatimə Heydərova