Vyetnamda qələbə paradı

Bölmə: Dünya › ,
Tarix: 20:57 30.04.2025

Minlərlə vyetnamlı çərşənbə günü Vyetnam müharibəsinin başa çatmasının 50-ci ildönümünü qeyd edib. Ölkənin kommunist lideri bu hadisəni “inamın qələbəsi” adlandırıb.

 

Bayram tədbirləri zamanı vyetnamlılar qırmızı bayraqları dalğalandırıb, vətənpərvərlik mahnıları oxuyublar. Ho Chi Minh şəhərində minlərlə əsgərin iştirak etdiyi möhtəşəm parad keçirilib. Tədbir Rusiya istehsalı olan qırıcı təyyarələrin və helikopterlərin nümayişi ilə yekunlaşıb.

 

Tarixi ildönüm, 1975-ci il aprelin 30-da kommunistlərin idarə etdiyi Şimali Vyetnamın, ABŞ-nin dəstəklədiyi Cənubi Vyetnamın paytaxtı Sayqonu ələ keçirməsini və ölkənin yenidən birləşməsinin ilk mərhələsini xatırladıb. Qısa müddət sonra şəhər Şimali Vyetnamın qurucu liderinin şərəfinə Ho Chi Minh adlandırılıb.

 

Sayqonun süqutu, ABŞ-nin son döyüş qoşunlarını ölkədən çıxarmasından təxminən iki il sonra baş verdi. Bu hadisə 3 milyon vyetnamlı və təxminən 60 min amerikalının həyatına son qoyan 20 illik münaqişənin sona çatdığını göstərib.

 

Mənbə: Reuters

Səyyarə Mirzəyeva