Hindistan raket buraxılışlarını sınaqdan keçirdi

Tarix: 20:05 27.04.2025
Hindistan Pakistanla gərginliyin artması fonunda raket buraxılışlarını sınaqdan keçirib.
"İnformator.az" "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi məlumat verib:
"Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmiləri platformaların, sistemlərin və ekipajın uzunmənzilli dəqiq hücum zərbəsinə hazır olduğunu təsdiqləmək və nümayiş etdirmək üçün uğurlu çoxsaylı gəmiəleyhinə atışlar həyata keçirib".